HƏMAS-ın əsir götürdüyü israilli qızların görüntüsü
Sosial şəbəkələrdə HƏMAS silahlılarının İsrailin cənubundakı hücumundan sonra zorla Qəzza zolağına aparılan israilli qızların videosu yayılıb.
Metbuat.az publika.az-a istinadən xəbər verir ki, yayılan görüntülər anqar kimi boş otaqda lentə alınıb.
Bir çoxu yeniyetmə kimi görünən qızlar yerdə oturub və qorxudan qucaqlaşırlar. Çoxları istirahət paltarı və pijama geyimindədirlər.
Otağın girişində avtomatla silahlanmış bir adam var. Çəkiliş zamanı çöldən partlayış səsləri eşidilir.
Bundan əvvəl İsrail rəsmiləri, habelə hücumun sağ qalmağı bacaran çoxsaylı şahidlər oktyabrın 7-də səhər saatlarında hətta yüzlərlə mülki şəxsin əsir götürüldüyünü bildiriblər.
Çoxlu sayda gənc qadınların, eləcə də uşaqların və qocaların qaçırılması halları qeydə alınıb.
Münaqişə zonasından lentə alınan videoyazılara görə, HƏMAS silahlıları cinsindən, yaşından və təhlükəsizlik qüvvələrinə mənsubiyyətindən asılı olmayaraq insanları ələ keçirərək yerindəcə öldürülər.