fbpx

HƏMAS-ın İsrailə hücumu ilə bağlı detallar: “Yaxın 6 ay ərzində…”

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Xəbər verdiyimiz kimi, oktyabrın 7-də Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hücum təşkil edib. Buna cavab olaraq İsrail ordusu “Dəmir qılınclar” adlı hərbi əməliyyata başlayıb.

İsrail və Fələstin arasında uzun tarixə malik bu qarşıdurma barədə Metbuat.az-a açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli vurğuladı ki, İranın himayə etdiyi və dəstək verdiyi “HƏMAS” terror təşkilatının mülki şəxslərə, xüsusilə də uşaqlara və qadınlara qarşı həyata keçirdiyi rəzil hücum lənətlənməlidir. Analitik hesab edir ki, baş verənlərin ərazi mübahisəsi kontekstində qarşıdurmaya heç bir aidiyyatı yoxdur:

“Bu, xüsusi amansızlıqla, ibtidai icma təfəkkürü və əxlaqı ilə həyata keçirilən genişmiqyaslı terror aksiyasıdır və ziyanı da bütün bölgəyə dəyəcək. Sözügedən genişmiqyaslı terror aksiyasının nə üçün indi baş verdiyinə gəldikdə isə bununla bağlı çoxsaylı ehtimallar irəli sürülə bilər. Bu ehtimallardan biri, daha çox qərb ekspertlərinin irəli sürdüyü mülahizə aksiyanın ABŞ-nin diqqətinin Ukraynadan yayındırılmasına xidmət etməsi ilə bağlıdır. Yəni bu yanaşmanın tərəfdarları hesab edirlər ki, İsrailə yardım etmək üçün ABŞ Ukraynaya hərbi dəstəyi məhdudlaşdıra bilər”.


Dünyanın siyasi gündəmini zəbt edən, iki ölkə arasında baş verənlərə təkan olacaq müxtəlif versiyalar səsləndirilir. E.Mirzəbəyli baş verənləri iki istiqamət üzrə şərh edib:

Rüya tabirlerini burdan oku

“Birincisi, baş verənlərdə Rusiyanın əli var və Moskva Ukraynanı dəstəkdən məhrum etmək üçün Vaşinqtonu yeni çağırış qarşısında qoyur. İkicisi isə ABŞ Ukraynadan çəkilmək üçün yeni İsrail-Fələstin qarşıdurması yaradır.

Başqa bir ehtimal isə baş verənlərin İsraillə bir sıra ərəb dövlətləri arasında 2020-2021-ci ildə imzalanan “İbrahim razılaşması”nın pozulmasına xidmət edən təxribat versiyasıdır. Bu versiya çərçivəsində Çinin vasitəçiliyi ilə İranla Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış razılaşmaları da nəzərdən keçirməyi vacib hesab edirəm. Qənaətimə görə, həm birinci, həm də sonuncu versiya “HƏMAS”ın hücumu ilə başlayan qarşıdurmanın qlobal geosiyasi ziddiyyətlər kontekstindən dəyərləndirməyə imkan yaradır.

Hər halda “HƏMAS”ın hücumu, 20 dəqiqə ərzində 500 raketin atılması və İsrailin dünyada ən mükəmməl hava hücumundan müdafiə sistemlərindən olan “Dəmir qübbə”nin yarılması, “MOSSAD” kimi yenə də dünyanın ilk üçlüyünə düşən kəşfiyyat strukturunun hücumdan xəbər tutmaması, İsrail ordusunun proseslərə müdaxiləsinin bir xeyli gecikməsi, “HƏMAS” terrorçularının etdikləri vəhşilikləri kütləvi şəkildə sosial şəbəkələrdə paylaşmaları baş verənlərin ətrafında kifayət qədər müəmmalı bir vəziyyət yaradır”.

İndiki halda, hücumun çox mürəkkəb bir kombinasiyanın tərkib hissəsi olduğunu ifadə edən siyasi şərhçi qeyd etdi ki, təəssüf ki, bu hələ başlanğıcdır:

“Ən azı yaxın 6 ay ərzində çox güman ki, dünya gündəmini İsrail-Fələstin qarşıdurması zəbt edəcək. Bir neçə aydan sonra qış ayları gələcək, enerjiyə olan tələbat artacaq və o zaman, böyük güclər son günlər yeni qlobal güc mərkəzinin formalaşdırlması – BRİKS-in gücləndirilməsi istiqamətində atılan addımlara qarşı adekvat tədbirlərin həyata keçirilməsi üçün vaxt qazanacaqlar”.

Bəs tərəflər arasında baş verən bu qarşıdurmada Azərbaycanın münasibəti necə olmalıdır?

“Azərbaycanın baş verənlərə münasibətində gəldikdə isə, ölkəmiz hər zaman olduğu kimi beynəlxalq hüququn fundamental prinsiplərini, BMT Təhlükəsizlik Şurasının İsrail-fələstin qarşıdurmasının iki dövlət prinsipi əsasında həllini əsas götürür, həmçinin sülhü təşviq edir. Zənnimcə, ən doğru yol da budur”,- sitatın sonu.

Gülbəniz Hüseynli / Metbuat.az

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #HƏMASın #İsrailə #hücumu #ilə #bağlı #detallar #Yaxın #ərzində

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu