HƏMAS-ın yeni Siyasi Bürosunun rəhbəri Yəhya Sinvardır. – ARMY.AZ
Army.az-a istinadən bildiririk ki
HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvar şəhid İsmayıl Haniyədən sonra HƏMAS-ın yeni Siyasi Bürosunun rəhbəri seçilib.
HƏMAS-ın Telegram hesabından edilən şərhdə, “Həmas şəhid lider İsmayıl Haniyə yerinə hərəkatın siyasi bürosunun rəhbəri olaraq komandir Yəhya Sinvarı seçdiyini açıqlayır”. deyildi.
HƏMAS avqustun 3-də verdiyi açıqlamada öldürülən Siyasi Büro sədri Haniyənin yerinə yeni adın müəyyən edilməsi üçün məsləhətləşmələrə başladığını açıqlayıb.
Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib.
Yəhya Sinvar kimdir?
Yəhya Sinvar 1962-ci ildə Qəzza zolağının cənubundakı Xan Yunis qaçqın düşərgəsində anadan olub.
O, Qəzza İslam Universitetində Ərəbşünaslıq üzrə bakalavr dərəcəsi alıb.
Universitetdəki tələbə şurasında prezident kimi bir çox vəzifələri öz üzərinə götürdü.
O, dəfələrlə İsrail tərəfindən həbs edilib. İsrail, 2011-ci ildə məhbus mübadiləsi müqaviləsi ilə azadlığa çıxana qədər Sinvarı dörd dəfə ömürlük həbs cəzasına məhkum etmişdi.
Qatil İsrail Yəhya Sinvarı Əl-Əqsa tufanı əməliyyatının memarı kimi görür.
Mənbə: ARMY.AZ