HƏMAS-la danışıqlar bu halda mümkün ola bilər
HƏMAS-la danışıqlar yalnız İsrailin Qəzzadakı əməliyyatın məqsədlərinə çatmasından sonra mümkündür.
Metbuat.az xəbər verir ki, bu açıqlama ilə İsrail Xarici İşlər Nazirliyinin rəsmisi Lior Ben-Dor çıxış edib.
“İsrail HƏMAS və “İslami Cihad” terror təşkilatlarına qarşı strateji məqsədlərə nail olana qədər hərbi əməliyyatları davam etdirməkdə israrlıdır”, – Dor qeyd edib.