fbpx

HƏMAS Məscidül-Əqsaya basqını qınadı

Rüya Yorumları burda


İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, Nəcəf və Qalileyanın inkişafı naziri Yitzhak Vasserlauf, eləcə də İsrail parlamentinin bəzi üzvlərinin fanatik yəhudilərlə işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın etməsindən sonra HƏMAS yazılı açıqlama verib.

BEY.AZ xəbər verir ki, HƏMAS bəyan edib ki, israilli nazirlər Fələstin torpaqlarını zəbt edən fanatik yəhudilərlə Məscidül-Əqsaya basqın edərək vəziyyəti daha da gərginləşdiriblər.

Bəyanatda deyilir ki, İsrailin Qəzzada davam edən qırğınları, İordan çayının qərb sahilində törətdiyi qətllər, Qüds və Məscidül-Əqsada sistematik pozuntular, yəhudiləşdirmə cəhdləri bölgədəki gərginliyi daha da artırır və regional və beynəlxalq sülhü təhdid edir.






Rüya tabirlerini burdan oku
MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu