HƏMAS Qəzza danışıqlarında iştirak etməyəcək
HƏMAS Qəzza zolağında atəşkəslə bağlı avqustun 15-də Qətər və ya Misirdə keçirilməsi planlaşdırılan görüşlərdə iştirak etməyəcək.
BEY.AZ xəbər verir ki, bu barədə HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Əbdül Hadi məlumat verib.
Onun sözlərinə görə, HƏMAS atəşkəslə bağlı danışıqlara tamamilə qarşı olmasa da, indi bu mümkün olmuyacaq.
Əhməd Əbdül Hadi Netanyahunun atəşkəslə bağlı razılığın əldə olunmasında maraqlı olmadığını bildirib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |