fbpx

HƏMAS razılaşma üçün şərtlərini açıqladı



HƏMAS Siyasi Bürosunun üzvü Halil əl-Hayye Qəzzada atəşkəs və məhbus mübadiləsi ilə bağlı açıqlamalar verib.

BEY.AZ xəbər verir ki, o atəşkəs və məhbus mübadiləsi ilə bağlı İsraillə real danışıqların olmadığını vurğulayıb. “Əl-Cəzirə” televiziyasına açıqlama verən Halil əl-Hayye İsrailin baş naziri Binyamin Netanyahunun istəyəcəyi təqdirdə razılaşmaya hazır olacaqlarını bildirib. Hayye, “Hazırda real danışıqlar yoxdur, təəssüf ki, yayınma və vaxt itkisi var. Danışıqlar davam edir, lakin razılaşma yoxdur. Netanyahu məhbusların dəyişdirilməsini istəyirsə, biz hazırıq” deyə bildirib.

Netanyahunun Qəzza zolağının şimalı ilə cənubunu bir-birindən ayıran Netzarim dəhlizindən və Misir-Qəzza sərhədindəki Filadelfi dəhlizindən geri çəkilməyəcəkləri mövzusunda israr etdiyini xatırladan Hayye bildirib ki, İsrail çəkilməsə razılaşma olmayacaq.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin