HƏMAS Türkiyəyə təşəkkür edir – ARMY.AZ
Army.az-a istinadən bildiririk ki
HƏMAS Tehranda öldürülən Haniyənin dəfn mərasimində sıx iştiraka görə Türkiyəyə təşəkkür edib.
Həmas Siyasi Büro sədri İsmayıl Haniyənin İranda öldürülməsindən sonra ilk andan başsağlığı verdiyi və böyük bir heyətlə dəfn mərasiminə qatıldığı üçün Türkiyəyə təşəkkür edib.
HƏMAS internet saytında verdiyi yazılı açıqlamada Hərəkatın lideri Haniyənin öldürülməsinə görə başsağlığı verən bütün ölkə liderlərinə, hökumətlərə və şəxslərə təşəkkür edib.
HƏMAS Türkiyəyə ilk andan başsağlığı verdiyinə və dəfn mərasimində sıx iştirakına görə təşəkkür edərək, “İlk anlardan prezident və onun rəsmiləri olaraq başsağlığı verən və yardım göstərən Türkiyəyə təşəkkür etmək istərdik. Cənazə mərasiminə rəsmi və ictimaiyyət səviyyəsində ən çox iştirak edən prezident, hökumət, parlament və “Xalq olaraq sizə təşəkkür edirik” dedi.
Bəyanatda cənazənin qarşılanması və dəfn edilməsinə görə İran prezidenti və xalqına, eləcə də Qətərə təşəkkür edilib.
“Şəhidlərimizin qanına və xalqımızın fədakarlığına, torpaqların azad edilməsinə, paytaxtı Qüds olmaqla tam suveren və müstəqil Fələstin dövlətinin qurulmasına dair ümid və istəklərinə sadiq qalacağımızı bəyan edirik. “, – HƏMAS-ın bəyanatında deyilir.
Mənbə: ARMY.AZ