HƏMAS və İsrail razılığa gəldi
HƏMAS Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində azad ediləcək məhbusların siyahısını Misirə təqdim edib.
BEY.AZ xəbər verir ki, bu barədə “Əl Ərəbi” telekanalı HƏMAS rəsmilərinə istinadən məlumat verib. Bilinir ki, HƏMAS və İsrail arasında atəşkəs danışıqlarında irəliləyiş əldə olunub. Atəşkəs razılaşmasının birinci mərhələsində İsrailin hansı məntəqə və yerlərdən çıxacağı ilə bağlı razılıq əldə olunub. Xəbərə görə, ilk mərhələdə İsrail Rəfah sərhəd qapısı və Qəzza zolağı ilə Misir arasındakı sərhəd xətti olan Filadelfi dəhlizinin bəzi yerlərindən geri çəkiləcək. Atəşkəsdən sonra məhbusların azad edilməsi və İsrailin razılaşdırılmış ərazilərdən çıxarılması planlaşdırılır.
Razılaşmanın birinci mərhələsində azad ediləcək məhbusların siyahısını alan Misir rəsmiləri onu İsrailə göndərəcək və İsrail heyəti ilə digər geri çəkilmə məqamlarını müzakirə edəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |