fbpx

Hepatit xəstələrinə ödənişsiz dərman preparatları verilir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliy tərəfindən yaradılmış müvafiq komissiyanın fəaliyyəti çərçivəsində cari ilin aprel-may ayları ərzində 40 nəfər hepatit B və C xəstəsi müalicəyə cəlb olunub və ödənişsiz dərman preparatları ilə təmin edilib.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, təchiz edilən dərman preparatları “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”nın qərarına əsasən və müasir kliniki protokollara uyğun olaraq təyin olunur. Qeyd edək ki, hepatit B virusunun müalicəsi üçün pasiyentlərə “Tenofovir”, hepatit C virusuna qarşı üçün isə “Sofosbuvir” və “Daklatasvir” dərman preparatları verilir.

Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərən Komissiya tərəfindən bu ilin aprel-may ayları müddətində ümumilikdə 83 vətəndaş qəbul edilib. Onlardan 40 nəfərin müalicəyə cəlb olunmasına dair qərar qəbul olunub və həmin şəxslər dərman preparatları ilə təmin ediliblər. 30 nəfər müvafiq müayinələrə göndərilib və müayinə nəticələri əsasında onlara müalicənin təyin olunub-olunmaması barədə qərar veriləcək. 9 nəfərə hazırda müalicəyə ehtiyac olmadığı bildirilib və onlara həkim müşahidəsi altında qalmaları tövsiyə olunub. 4 nəfərin isə xəstəlikdən sağaldığı aşkarlanıb.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu