fbpx

Hesabı pulla yox, bu cür ödəmək istədi, həbs edildi

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Bakıda məşhur restoranda yemək yeyib, hesabını qızıl qolbağı ilə ödəmək istəyən şəxslə bağlı poliasə şikayət olub.

BEY.AZ Qaynarinfo-ya istinadən bildirir ki, hadisə Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsindəki “Hermes” restoranında baş verib.

2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olan Seymur Vəliyev (ad-soyad şərti) restoranda yeyib-içdikdən sonra hesabı ödəmək istəyib, amma üzərindəki pul kifayət etməyib. O həmin məbləğin əvəzinə restoran əməkdaşlarına qızıl qolbaq təklif edib. Lakin restoran əməkdaşları qolbağı qəbul etməyiblər və aralarında mübahisə yaranıb. Nəticədə “Hermes” restoranın administratoru Seymur barəsində polisə şikayət edib.

İçkili olduğundan Seymur Vəliyev polis əməkdaşları ilə də mübahisə edib. Saxlanılaraq məhkəməyə çıxarılan həmin şəxs peşman olduğunu bildirib. Qeyd olunanların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə Seymur Vəliyev İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Hesabı #pulla #yox #cür #ödəmək #istədi #həbs #edildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu