fbpx

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları tədavülə buraxıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının Mərkəzi Bank tərəfindən təqdimat mərasimi keçirildi.

Metbuat.az xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi Azərbaycan dövlətçilik tarixinin xüsusi əhəmiyyət kəsb edən dövrüdür. Onun ölkəyə rəhbərliyinin birinci dövründə bugünkü Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyinin təməli qoyuldu. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin növbəti dövründəki mürəkkəb şəraitdə isə qısa müddətdə milli həmrəylik və ictimai-siyasi sabitlik bərpa olundu. İctimai-siyasi sabitlik və uzaqgörən xarici siyasət hesabına Azərbaycan dünyanın iri investorları üçün cəlbedici ölkəyə çevrildi. Belə bir çətin şəraitdə iqtisadi sahədə əsas prioritet vəzifə makroiqtisadi sabitliyik bərpa olundu, inflyasiya, büdcə kəsiri dəfələrlə azaldıldı, məzənnə sabitləşdirildi, manat ölkədə yeganə ödəniş vasitəsinə çevrildi. Digər sahələrdə olduğu kimi, maliyyə-bank sisteminin formalaşması və inkişafında da dönüş nöqtəsi oldu. Bank sistemi sağlamlaşdırıldı, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlandı. Maliyyə stabilliyinin təmin edilməsilə əhalinin bank sisteminə inamı bərpa olundu.

Bildirildi ki, bütün bu addımlar sayəsində müasir dövlət, güclü iqtisadiyyat və inklüziv cəmiyyət hədəfi bu gün artıq reallığa çevrilmişdir. Heydər Əliyev dövlətçilik məktəbi müstəqil Azərbaycanın dayanıqlı inkişafının daim ideoloji əsası olacaqdır.

Rüya tabirlerini burdan oku

Tədbirdə “Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” adlı film nümayiş etdirildi.

Sonra iştirakçılara yeni pul nişanları barədə video təqdim olundu.

T.Kazımov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının tədavülə buraxılmasını elan etdi.

Qeyd olundu ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının 10 may 2023-cü il tarixindən etibarən tədavülə buraxılmasını elan edir.

Eyni zamanda, Mərkəzi Bank ənənəsinə sadiq qalaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarını da tədavülə buraxır. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulmuşdur.

Bu yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilmişdir.

Pul nişanlarının əsas dizayn elementləri kimi ön tərəfində Ulu Öndərin portretinin profil görüntüsü, imzası və “Heydər Əliyev” yazıları, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunmuşdur.

Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışı və geri alışı Mərkəzi Bank tərəfindən hayata keçiriləcəkdir. Bu barədə ictimayətə əlavə məlumat veriləcəkdir.

Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanmış və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılır.

İnvestisiya məqsədli pul nişanları 1 Oz (31.1 qr.), 1/2 Oz (15.55 qr.), 1/4 Oz (7.78 qr.), 1/10 Oz (3.11 qr.) çəkilərdə tədavülə buraxılmışdır.

Bildirildi ki, yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Heydər #Əliyevin #illik #yubileyinə #həsr #olunmuş #pul #nişanları #tədavülə #buraxıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu