fbpx

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin açılışı olub

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xalqın hikməti, elin sənəti” adlı sərginin açılışı olub.

Metbuat.az xəbər verir ki, açılış mərasimində tanınmış sənətşünaslar, mədəni-ictimai xadimlər, millət vəkilləri, media mənsubları və digər qonaqlar iştirak edib.

Çıxış edənlər Lalə, Toğrul, İsgəndər Sərdarlıların yaradıcı baxışı barədə fikirlərini bölüşüblər.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Sərdarlılar ailəsinin yaradıcılığını əsl mədəni sərvət adlandırıb:

“Mən etiraf edim ki, bu qəbildə sənət nümunələri dünya praktikasında da azdır”.

İsgəndər Sərdarlı isə ailəsinin əsərlərini tarixi-mədəni keçmişimizə nəzər salmaq və yaşatmaq niyyəti ilə yaratdıqlarını qeyd edib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Heydər #Əliyevin #illik #yubileyinə #həsr #olunmuş #sərginin #açılışı #olub

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin