fbpx

Heyvan hüquqları pozulan 4 minə yaxın it xilas edildi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ-da 4000-ə yaxın it xilas edildikdən sonra onların sahibləndirilmə prosesi başlayıb.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, “beagle” cinsindən olan itlər ABŞ-ın Virciniya ştatındakı bir müəssisədə yetişdirilib üzərlərində təcrübələr aparmaq üçün laboratoriyalara satılırdılar.

Rüya tabirlerini burdan oku

Lakin şirkət heyvan hüquqlarının pozulması səbəbindən məhkəməyə verilib və bağlanıb. Xeyriyyə təşkilatları isə itləri sahibləndirmək missiyasına başlayıblar.

“Envigo RMS” şirkətinə məxsus heyvandarlıq müəssisəsi may ayında ABŞ Ədliyyə Departamenti tərəfindən çoxsaylı heyvanlara qarşı amansızlıqda ittiham edilib. Müfəttişlər bəzi itlərin asanlıqla müalicə oluna biləcəyi halda xəstə itlərin öldürüldüyünü aşkar ediblər. Onlar həmçinin qurd, kif və nəcis olan yeməklərlə qidalanırdılar, bəzi süd verən analara isə yemək verilmirdi. Başqa 25 bala da soyuqdan ölüb. Xilas edilən itlərin çoxunda travma əlamətlərinin olduğu qeyd edilib.

İndi həmin itlər ailələrə verilməmişdən əvvəl tibbi müayinədən keçirilir və peyvənd edilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu