Hicabdan sonra xarici geyimlərə də qadağa qoydular
Tacikistanda hicab qadağasından sonra “milli mədəniyyətə uyğun olmayan” bütün xarici geyimlər də qadağan edilib.
BEY.AZ bildirir ki, iyun ayında hicab qadağası ilə gündəmə gələn Tacikistanda “milli mədəniyyəti qorumaq” məqsədilə bütün xarici geyimlərə qadağa qoyulub.
8 may 2024-cü ildə qəbul edilmiş “Gömrüklərin və dini ayinlərin tənzimlənməsi haqqında” 2007-ci il Qanununa edilən dəyişikliklər milli mədəniyyətə uyğun gəlməyən geyimlərin idxalını, satışını və ictimai yerlərdə geyinilməsini qadağan edir. Bu dəyişikliklər 2024-cü il iyunun 20-də prezidentin imzası ilə qüvvəyə minib.
2024-cü il iyulun 26-da ölkədə dövlət tərəfindən təsdiq edilmiş ən yüksək İslam qurumu olan İslam Üləmaları Şurası qadınların qara, dar və şəffaf paltar geyinməsini qadağan edən fətva verib. Rəsmi mətbuatda dərc olunan bu fətvada qara rəngin Tacikistanın “milli-coğrafi xüsusiyyətlərinə uyğun gəlmədiyi” bildirilir.
Tacikistan rəsmiləri bu dəyişikliklərin Tacikistanın milli mədəniyyətini qorumaq üçün zəruri olduğunu müdafiə ediblər.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |