Hidayət mövsümün ən uğurlu cüdoçuları arasında
Cari mövsümdə ən çox qızıl medal qazanan cüdoçular bəlli olub.
BEY.AZ-ın məlumatına görə, liderlər arasında Azərbaycan millisinin cüdoçusu, Olimpiya çempionu Hidayət Heydərov (73 kq) da yer alıb.
Heydərov bu il 4 qızıl medal qazanıb. Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində birinci yeri tutan idmançı, Zaqrebdə Avropa çempionatının qalibi olub. Bundan əlavə, Abu-Dabidə dünya çempionu adını qazanan Hidayət Parisdə də olimpiya titulunu əldə edib.
Rekord isə Fransalı cüdoçu Teddi Rinerə məxsusdur. O, ikisi Olimpiya olmaqla, ümumilikdə 6 qızıl medal qazanıb.
Xorvatiyalı Olimpiya çempionu Barbara Matiç 5 qızıl medala sahibdir. Parisdə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Krista Dequçi (Kanada) ilə birlikdə daha dörd cüdoçu bu mövsüm 4 qızıl medal qazanıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |