fbpx

Hikmət Hacıyev Ermənistanla sülh sazişinin şərtlərini AÇIQLADI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Hərbi işğal faktı sona çatıb və Azərbaycan güc tətbiq etməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə dair yanlış nümunəyə son verib”.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda deyib.

O bildirib ki, Azərbaycan sülh gündəliyini izləyir və bu gündəlik qonşu və tərəfdaş ölkələrlə dinc əlaqələrin yaradılması mesajıdır.

Rüya tabirlerini burdan oku

H.Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfdaş və qonşu ölkələrlə birlikdə Cənubi Qafqazın münaqişə və müharibələrdən azad regiona çevrilməsi istiqamətində fəaliyyət göstərir və regionun parçalanmadan inteqrasiyaya, qarşılıqlı faydalı əlaqələrə əsaslanan regional əməkdaşlığa yönəlməsinə çalışır.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır:

“Bu saziş beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. Regionun yeni brendinq strategiyasına ehtiyacı var. Azərbaycan inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun inşası üçün öz rolunu oynamağa hazırdır. Biz burada ABŞ-ı vacib tərəfdaş kimi görürük”.

Prezidentin köməkçisi onu da qeyd edib ki, regionda açılacaq yeni dəhlizlər, xüsusilə də Zəngəzur dəhlizi Ermənistanı blokadadan çıxara və geniş quru əlaqələri olan ölkəyə çevrilə bilər:

“Bizim Mərkəzi Asiyadan olan tərəfdaşlarımız da Zəngəzur dəhlizindən faydalana bilərlər. Amma Zəngəzur dəhlizi bizim qonşu Gürcüstanla regionda yaratdığımız digər potensial dəhlizləri istisna etmir”.

H.Hacıyev əlavə edib ki, Ermənistan regional əməkdaşlığın rol modeli olan və hörmətə əsaslanan qarşılıqlı faydalı Gürcüstan-Azərbaycan əməkdaşlığından öyrənə və bu əməkdaşlıq əlaqələrinə qoşularaq fayda əldə edə bilər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu