Hikmət Hacıyev İsrail XİN-in baş direktoru ilə görüşüb
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmisi ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, İsrailə səfəri çərçivəsində Hikmət Hacıyev bu ölkənin Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi ilə görüşüb.
Qeyd olunub ki, görüşdə rəsmilər ikitərəfli münasibətləri və iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hikmət #Hacıyev #İsrail #XİNin #baş #direktoru #ilə #görüşüb