fbpx

Hikmət Hacıyevdən sülhlə bağlı AÇIQLAMA

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan hələ də ilin sonuna kimi Ermənistanla sülh müqaviləsi bağlayacağına ümid edir.

Metbuat.az “Modern.az”a istinadla xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Biz hələ də bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümid edirik və Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa çağırırıq – rəsmi olaraq, sülh müqaviləsi çərçivəsində öz imzaları ilə Azərbaycanın ərazi bütövlüyünün tanınması, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, gələcəkdə ölkəmizin daxili işlərinə qarışmaqdan çəkinmək öhdəliyi götürsün”, – H.Hacıyev deyib.

Rüya tabirlerini burdan oku

H.Hacıyev qeyd edib ki, Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşlarıdır və onların hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası ilə təmin olunacaq.

Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistanın Azərbaycanda separatizmi maliyyələşdirmək siyasətindən əl çəkməlidir. “Beynəlxalq vasitəçilərin fəaliyyətinə gəlincə, biz onların Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına verdiyi töhfəni yüksək qiymətləndiririk”, – o əlavə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hikmət #Hacıyevdən #sülhlə #bağlı #AÇIQLAMA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu