fbpx

“Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı qanunvericilik bazası yaradılır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ölkədə “Himayədar ailə” qayğı modelinin tətbiqi valideyn himayəsindən məhrum uşaqların sosial müəssisələrdə deyil, ailələrdə böyüməsinə, ailə mühitində inkişafına şərait yaradacaq.

Metbuat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qeyd olunan modelin tətbiqinə hazırlıq işləri ilə bağlı əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda vurğulanıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli “Himayədar ailə” modelinin tətbiqi ilə bağlı normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi işlərinin davam etdirildiyini bildirib.

Rüya tabirlerini burdan oku

Qeyd olunub ki, Prezident İlham Əliyevin 15 fevral 2022-ci il tarixli Fərmanına əsasən himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləməsi və dövlət nəzarəti bu il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Nazirlik həmçinin sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görəcək. Həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planları da hazırlanacaq.

İclasda himayədar ailə institutunun tətbiqinə hazırlıqla bağlı normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi işləri müzakirə olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu