Hindistan Cammu və Kəşmirə əyalət statusu verir
Hindistanın baş naziri Narendra Modi 2019-cu ildə xüsusi statusu ləğv edilən və federal administrasiyaya tabe olan Cammu və Kəşmirə yenidən əyalət statusunun veriləcəyini açıqlayıb.
BEY.AZ xəbər verir ki, Modi Cammu və Kəşmirdə keçirilən parlament seçkiləri çərçivəsində Şrinaqar şəhərində mitinq keçirib. Modi bildirib ki, rəhbərlik etdiyi “Bharatiya Janata” Partiyası Cammu və Kəşmirin əyalət statusunu bərpa edəcək. Lakin, Modi Modi Cammu və Kəşmirin xüsusi statusunun qaytarılıb-qaytarılmayacağı ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Cammu və Kəşmirdə 10 ildən sonra ilk dəfə parlament seçkiləri keçirilir. Üç mərhələdən ibarət parlament seçkilərində 90 yerə 8,7 milyondan çox seçici səs verəcək.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |