Hindistan Çin təhlükəsinə görə ABŞ-la tərəfdaşlığa üstünlük verir
BEY.AZ informasiya agentliyi xəbər verir
“Ukrayna böhranı Vaşinqtonu məcbur edir ki, daima Avropadakı müttəfiqləri ilə təmasda olsun”.
Bu açıqlamanı Metbuat.az-a politoloq Elxan Şahinoğlu edib. Onun şərhinə görə, Vaşiqnton digər bölgələri də unutmur.
“ABŞ, Yaponiya, Hindistan və Avstraliyanın xarici siyasət idarələrinin başçıları Melburn şəhərində yenidən bir araya gəliblər. 2007-ci ildə təsis olunan və qısa adı QUAD olan bu birliyin məqsədi Hind-Sakit okean bölgəsində təhlükəsizlik strageiyasını həyata keçirməkdir. Bu ölkələr ad çəkməsələr də hədəfin Çin olduğu bəllidir. Çinin bölgədə artan hərbi gücü QUAD narahat etməyə bilməz. Avstraliyanın xarici işlər naziri bu dəfə hədəfləri konkret göstərib: “Çin, Şimali Koreya və Rusiya kimi avtortitar rejimlərə qarşı səylərimizi birləşdirməliyik”. ABŞ-ın dövlət katibi Entoni Blinken çıxışında avstraliyalı həmkarına bu sözlərlə dəstək verib: “Kremlin siyasəti yalnız Ukrayna üçün deyil, bütün dünya xalqları üçün təhlükə mənbəyidir”. Qeyd edim ki, Çinin Rusiya ilə strateji tərəfdaşlığını getdikcə gücləndirməsi bölgə ölkələrini narahat edir.
Elxan Şahinoğlu bir faktı da diqqətə çatdıraraq qeyd etdi ki, Rusiya çox çalışır ki, Hindistan haqqında danışılan birliyi tərk etsin, hətta Kreml sahibi Vladimir Putin bugünlərdə Hindistana rəsmi səfər edib, hindli rəsmilərə buna inandırmağa çalışdı. Ancaq Dehli Çin təhlükəsinə görə ABŞ-la tərəfdaşlığa üstünlük verir.
“Buna baxmayaraq, Hindistanın xarici işlər naziri QUAD təşkilatının kiməsə qarşı yönəlmədiyini də bəyan edib. Ekspertlər son zamanlar Avstraliyanın xarici siyasətdə fəallaşdığına diqqət çəkirlər. Bu ölkənin baş naziri Skott Morrison vətəndaşlarını uzaq Ukrayna ərazisini tərk etməyə çağırıb. Yaponiya təşkilatda xüsusi fəallığı ilə seçilməsə də, tərəfdaşlarının qərarlarına qatılır”.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.