fbpx

Hindistandan düyü ixracına məhdudiyyət – Bahalaşma gözlənilir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Hindistan rəsmiləri ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün bu məhsulun tədarükünə məhdudiyyətlər qoyub. Hökümət tədarükün təxminən üçdə birini təşkil edən qaynadılmış düyü üçün 20 % ixrac rüsumu tətbiq edib. Hindistan dünya düyü ixracının 40 %-ni təşkil edir. Bu qərarın dünya bazarındakı qiymətlərə təsirsiz ötüşməyəcəyi bildirilir.

Metbuat.az-a danışan iqtisadçı ekspert Eyyub Kərimli qeyd edib ki, Hindistanın yeni qərarından sonra dünya bazarında bahalaşma gözləniləndir. Onun sözlərinə görə, bahalaşmanın qarşısını almaq üçün Azərbaycan düyü idxalından asılılığı azaltmalı, istehlakı artırmalıdır:

“Bunun qarşısını almaq üçün hesab edirəm ki, ölkədə düyünün istehsalının daha da artırılması üçün geniş işlər görülməlidir. Hazırda ölkədə istehlak edilən düyünün 15 faizi ölkəmizdə becərilir, növbəti illərdə bu rəqəm 50 faizə qədər qalxmalıdır. Yəni ölkədə düyü istehlakı 70 000 tona yaxındır və onun təxminən 11 000 tonu ölkəmizdə becərilir. Növbəti illərdə bu rəqəmin 40 000 tona çatdırılması nəzərdə tutulur. Dövlət buğda, düyü əkənlərə bununla bağlı 380 manat subsidiya ödəyir. Düşünürəm ki, gələcək illərdə bu, asılılığı azaldılacaq”.

Rüya tabirlerini burdan oku

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hindistandan #düyü #ixracına #məhdudiyyət #Bahalaşma #gözlənilir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu