fbpx

Hinduşka, yoxsa toyuq əti – Hansı faydalıdır?

Rüya Yorumları burda


Toyuq və hinduşka sağlam qidalanmanın əsas protein mənbələri kimi dünya miqyasında geniş yayılmış quş əti növlərindəndir. Lakin bu iki ət növü, qida dəyəri, yağ və xolesterol tərkibi kimi bir çox aspektdən fərqlənir. Bəs hansı sağlamlıq üçün daha faydalıdır?

Amerikalı məşhur qidalanma mütəxəssisi Frances Largeman-Roth bildirir ki, həm toyuq, həm də hinduşka az yağlı protein mənbəyi olaraq sağlam qidalanma üçün yaxşı seçimdir.

BEY.AZ xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən, sümüksüz və dərisiz toyuq döş əti 128 kalori, 26 qram protein və 2,7 qram yağ tərkibinə malikdir. Hinduşka döş ətində isə 125 kalori, 26 qram protein və 1,7 qram yağ var.

Məlumatlara görə, hinduşka daha az xolesterol və daha çox dəmir tərkibi ilə toyuqdan üstün görünür. Lakin hər iki quş növü tünd ətləri və dərisi ilə qəbul olunduqda xolesterol səviyyəsini artır.

Hər iki ət növü protein baxımından bərabərdir, lakin hinduşka tünd əti az fərqlə daha yüksək protein tərkibinə malikdir. Bununla yanaşı, hinduşkanın beyində yaddaşı gücləndirən kolin maddəsi ilə daha zəngin olduğu vurğulanır.

Rüya tabirlerini burdan oku

Largeman-Roth, həmçinin toyuğun həzm baxımından az fərqlə üstün olduğunu bildirir. Buna görə də toyuq və hinduşka seçimi fərdi sağlamlıq məqsədləri və qidalanma vərdişlərindən asılı olaraq dəyişə bilər.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu