Hizbullah bu halda müharibəyə qoşulacaq
Livanın xarici işlər naziri Abdullah Buhabib Səudiyyə Ərəbistanı mətbuatına verdiyi açıqlamada, HƏMAS-ın İsrailə qarşı başlatdığı hücumda Hizbullah hərəkatının iştirakının mümkünlüyünü dəyərləndirib.
Metbuat.az xəbər verir ki, o, Hizbullahın İsrail və Həmas arasındakı qarşıdurmalara müdaxilə etməyəcəyinə dair şərti təminat aldıqlarını açıqlayıb. Buhabib qeyd edib ki, İsrail Livana hücum edərsə, Hizbullah müharibəyə müdaxilə edəcək.
Livan hökumətinin Hizbullahdan Qəzzada müharibəyə qarışmayacağına dair zəmanət aldığını bildirən Buhabib, İsrailin Livana təcavüz etməməsi və hücum etməməsi halında Hizbullahın müharibəyə qarışmayacağını bildirib.