Hizbullah Nəsrullahın öldüyünü təsdiqlədi
Hizbullah təşkilatı lideri Şeyx Həsən Nəsrullahın öldürüldüyünü rəsmi şəkildə elan edib.
BEY.AZ xəbər verir ki, bu barədə Hizbullah bəyanat yayıb.
Təşkilat bəyanatında Nəsrullahın ölümünü təsdiq edərək İsrailə qarşı mübarizəni davam etdirəcəklərini vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl İsrail ordusu da Hizbullah liderinin öldürülməsi ilə bağlı yayılan xəbərləri təsdiqləmişdi.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |