fbpx

Horadiz kəndinin 80 faizi minalardan təmizlənib

Rüya Yorumları burda


İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları sürətlə davam etdirilir.

BEY.AZ Trend-ə istinadən xəbər verir ki, bunu ANAMA-nın əməliyyat rəhbəri Habil Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, minatəmizləmə əməliyyatları 3 üsulla aparılır, mexaniki vasitələrlə, itlərin dəstəyi ilə və əllə.

“Füzuli rayonun Horadiz kəndində də minatəmizləmə fəaliyyəti davam etdirilir. Artıq bu kəndin 80 faizi minalardan partlamamış hərbi sursatlardan təmizlənib.

Ümumilikdə işğaldan azad edilmiş ərazilər minalarla hədindən artıq çirkəndirildiyindən minatəmizləmə fəaliyyəti zamanı ANAMA əməkdaşları qarışıq tipli mina sahələri ilə də, üzləşirlər. Bu sahələrin mina xəritələri mövcud olmadığından qurğuların quraşdırılma sıxlığı və ardıcılığı bilinmir. Əsas təhlükə isə ən çox taxta və plastik gövdəli minaların illər keçdikçə hava şəraitinin təsiri altında deformasiyaya uğraması və partlayıcı qurğuların kənar təsir olmadan işə salınmasıdır.

Rüya tabirlerini burdan oku

2020-ci ildə işğaldan azad edildikdən dərhal sonra Füzulidə minatəmizləmə fəaliyyətləri start götürüb və ilkin olaraq dəmiryol xəttlərinin, yol infrastrukturunun qurulması üçün, elektrik xəttlərinin keçəcəyi ərazilərin təmizlənməsi üçün ilkin layihələr layihələndirilmiş və ANAMA tərəfindən ərazilərdə sürətli təmizləmə əməliyyatları həyata keçirilib. Bununla paralel olaraq Əhmədbəyli, Şuşa, Köndələn gölünün yatağının və ətraf hissələrinin, Füzuli şəhərinin özü və ətraf kəndlərinin təmizlənmə işləri həyata keçirilib, şəhərsalma layihələri üzrə tapşırıqlar verilən kəndlərin ərazilərinin təmizlənmə işləri həyata keçirilib. Hazırda olduğumuz Kənd Horadiz kəndinin ərazisidir ki, bu ərazidə 27 il ərzində düşmənin mövqelərinə çox yaxın olduğu üçün bu ərazi düşmən tərəfindən həddindən artıq minalarla çirkləndirilib və nəticədə bu ərazilərin təmizlənməsi çox çətin proseslə gedir”.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu