fbpx

Horadiz-Zəngilan yolunun yaxınlığından qanunsuz qum-çınqıl daşındığı aşkarlandı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


İmişli rayonunun Xubyarlı kəndi ərazisindən və Füzuli rayonu, Horadiz-Zəngilan avtomobil yolunun yaxınlığındakı təpəlik sahədən qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı qum-çınqıl qarışığının Füzuli rayonunda İmişli rayon sakini Cavid Fərzəliyev tərəfindən ekskavatorla qazılaraq “Kamaz” markalı, 11-BG-634 və 17-BF-224 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə ərazidən çıxarıldığı, İmişli rayonunda isə Yevlax rayon sakini İlham Məhərrəmov tərəfindən daşındığı məlum olub.

Rüya tabirlerini burdan oku

Faktlarla bağlı akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#HoradizZəngilan #yolunun #yaxınlığından #qanunsuz #qumçınqıl #daşındığı #aşkarlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu