fbpx

Hoteldə keçmiş xanımını vuran şəxs DANIŞDI

Rüya Yorumları burda


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçmiş həyat yoldaşına ov tüfəngindən atəş açaraq öldürmək istəyən şəxsin məhkəməsi davam etdirilib.

BEY.AZ unikal.az-a istinadən xəbər verir ki, cinayət Məcəlləsinin 29, 120.2.2-ci (ölümə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs Rəşad Əsədzadə ifadə verərək bildirib ki, həyat yoldaşı ilə son zamanlar münasibətləri pozulub: “Cəmiləni özüm sevib evlənmişdim, beş il bir yerdə mehriban yaşadıq. Hadisəni törətməmişdən qısa müddət qabaq onun mənə xəyanət etməsini bildim. Bir həftədə Bərdədən iki dəfə Bakıya gəlib getmişəm, onu izləmişəm. Sonra hotelə dəvət etdim, hadisəni orada törətdim. Mən içkili idim, bilirdim cinayət törədəcəyəm, silah da üstümdə idi. Hotelə Cəmilədən qabaq getmişdim. Bir dəfə atəş açdım. Açıq deyim, mənim üstümdə bıçaq da var idi, əlavə patron da var idi. Mənim fikrim onu öldürmək olub. Atəş açandan təxminən üç dəqiqə sonra hotel işçiləri içəri girdilər. Törətdiyim əməldən peşman deyiləm”.

Təqsirləndiriləndən sonra zərərçəkmiş qismində tanınan Cəmilə Məmmədova ifadə verərək qeyd edib ki, Rəşad həyat yoldaşım olsa da, nikahım olmayıb: “10 il idi ayrılmışdıq, cəmi iki il bir yerdə olmuşuq. Altı ay qabaq isə aliment vermədi, mübahisəmiz başladı, əsas da anamın qoyunları ilə bağlı idi. Rəşad anamla birgə qoyun saxlayırdı, evini satıb qoyun almışdı. Sonra gördüm Rəşad yolunu azıb, insan alveri ilə məşğul olur, əlimdə səs yazıları var idi. Bizim aramızda ancaq qoyun-quzu münasibəti var idi. Rəşad yoldaşını götürdü gəldi Bakıya, həmin silah çantasında idi. Maşının cəriməsini ödəmək üçün pula ehtiyacım oldu, zəng etdim Rəşada, dedi gəl hoteldən götür. Mən də getdim hotelə, gördüm otaqda tək oturub. Mənə içki təklif etdi, içmədim, bir tikə çörək yedim. Mənə dərman təklif elədi, dedi içəndə adamın kefini düzəldir. 170 manat pul verməli idi. Rəşad əvvəllər də mənə deyib ki, sənin qulağını kəsəcəyəm, səbəb isə uşağın beş yaşı olanda onun şəklini sosial şəbəkələrdə paylaşmağım olub. Hadisəyə gəlincə, iki dəqiqə əlbəyaxa olduq. Bir güllə atdı, bu vaxtı səsə hotelin işçiləri gəldilər. Apardılar xəstəxanaya, bir həftə orada qaldım”.

Daha sonra Cəmilə Məmmədovanın anası şahid qismində ifadə verib: “Əvvəllər mənim kürəkənim olub. Qoyunları məndən xəbərsiz satmışdı. Qızıma demişdi ki, iki oğlanı iki qızla görüşdürəcəyəm, həmin pul çıxacaq. Hadisəni törətməmişdən qabaq qızıma dedi ki, qumar üstündə polislər məni rayondan qovublar, Bakıda restorandayam, gəl görüşək”.

Növbəti şahid qismində zərərçəkənin bacısı ifadə verib: “Hadisə olmamışdan qabaq bizə gəlmişdi, bacımı elə həmin gün vurmaq istəyirdi. Hadisə olanda da zəng elədilər, getdik hotelə, gördüm bacım yaralıdır”.
Məhkəmə prosesində hotelin işçisi, şahid qismində Anar Allahverdizadə ifadə verərək qeyd edib ki, Rəşadı hadisə günü tanıyıb: “Rəşad hotelə qonaq gəlmişdi. İki dəfə səsə – otağa qalxdım, xəbərdarlıq etdim ki, sakit olsunlar. Axırıncı dəfə qalxanda gördüm yer qandır. Stolun üstündə hotelə aid olmayan bıçaq var idi. Əlində heç bir şey yox idi, silah yerdə qalmışdı. Mən köməklik etdim Cəmiləni təcili yardıma çatdırdıq”.

Rüya tabirlerini burdan oku

Xatırladaq ki, hadisə bu il yanvarın 16-da paytaxtın Səbail rayonu ərazisində yerləşən hotellərin birində qeydə alınıb. Rəşad Əsədzadə həyat yoldaşı Cəmilə Məmmədovaya ov tüfəngindən atəş açmaqla xəsarət yetirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən xəbərə görə, fakt ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə istintaq aparılır.

İlkin istintaqla cinayətin Rəşad Əsədzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci ((xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham irəli sürülüb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu