fbpx

“Hücumun qaynağı araşdırılmalıdır” – Ekspert RƏYİ

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bütün faktlar dəqiqləşdirilməli, keçirilən son görüşlərdən sonra edilən bu hücumun qaynağı araşdırılmalıdır”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib. Müsahibimiz bildirdi ki, son aylarda baş verən həssas proseslərdən sonra İrandakı Azərbaycan səfirliyinin kənardan İran xüsusi xidmət orqanları tərəfindən diqqətlə izlənildiyi şəksizdir.

“Bu ölkədə müvafiq qurumların bütün sahələr üzərində total nəzarətinin olduğu inkaredilməz faktdır. Belə olan halda İran dövləti səfirliyə hücum edənlərin kimlər olduğunu, bunun qarşısının alınması üçün niyə tədbirlər görülmədiyini açıqlamalıdır. Bu cür hücumun kompensasiyası sadəcə olaraq İranda məskunlaşmış və anti-Azərbaycan fəaliyyəti göstərən şəxslərin Azərbaycana verilməsi ola bilər. Yoxsa kimsə bu cür təxribatçı hücumların davam etməyəcəyinə təminat verə bilməz. Məsələdə ermənilərin izi varmı? Bu da maraqlı sualdır”.

Politoloq Samir Hümbətov isə hesab edir ki, səfirliyimizə qarşı edilən terror hərəkətləri İranın məlum dairələri tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilmişdir.

Azərbaycan XİN artıq bununla bağlı açıqlama yayıb. Görünənlər ondan ibarətdir ki, bir neçə.gün öncə İran XİN sözçüsü Kənani tərəfindən verilən açıqlama sadəcə qabaqdangəlmişlik kimi də dəyərləndirilə bilər. Eyni zamanda son 4-5 aydır İranda davam edən etiraz aksiyaları və mitinqlərin fonunda bu terror hərəkətləri edilməklə diqqətləri bir nöktədən yayındırıb digər nöqtəyə daşımağa çalışırlar. Bu çox ciddi məsələdir. İranın bir terrorçu dövlət olduğu heç kəsə sirr deyil”.

Məlumat üçün bildirək ki, Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs saxlanılıb. Metbuat.az Tasnimnews-a istinadən xəbər verir ki, bu barədə polis rəisi Sərdar Hüseyn Rəhimi məlumat verib. Rəhimi qeyd edib ki, hücumçu iki uşağı ilə səfirliyə hücum edib: “İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəmnində baş verib”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hücumun #qaynağı #araşdırılmalıdır #Ekspert #RƏYİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin