fbpx

​Husilər İsrailə hücum etdilər


Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrailin şimal-qərbində yerləşən Orot Rabin istilik elektrik stansiyasına raket zərbələri endiriblər.

BEY.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yəmən silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya husilərin nəzarətində olan “Əl Məsirə” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, İsrailin ən böyük elektrik stansiyası “Fələstin 2” hipersəs ballistik raketi ilə hücuma məruz qalıb və əməliyyat öz məqsədinə çatıb.

Qeyd edək ki, husilər 2023-cü ilin oktyabrında Qəzza zolağında müharibə başlayandan dərhal sonra İsrailə və beynəlxalq gəmilərə hücum etməyə başlayıblar. Onlar HƏMAS və fələstinlilərlə həmrəylik nümayiş etdirdiklərini bildiriblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ USTA XİDMƏTLƏRİ Sayt Al Sayt satışı

Ana Sayfa