İƏT ölkələrinin rəsmiləri Şuşaya səfər edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv olan ölkələrin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Şuşa şəhəri və Daşaltı kəndini ziyarət ediblər.
Bu barədə Metbuat.az-a Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.
Məlumata görə, İƏT-in Baş katibi Hissein Brahim Taha, Özbəkistan, Pakistan, İran, Qambiya, Niger, Malayziya, Sudan, Uqanda, Qabonun turizm nazirləri, nazir müavinləri, Ərəb Turizm Təşkilatının prezidenti və səfirlərdən ibarət olan nümayəndə heyəti Şuşa şəhərində işğal müddətində erməni vandalizminin qurbanı olmuş Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərində aparılan bərpa və təmir işləri ilə tanış olublar.
Həmçinin qonaqlar Daşaltı kəndinin turizm imkanları, burada turizm və rekreasiya zonasının yaradılması üçün mövcud potensial haqqında məlumatlandırılıblar.
DTA-nın sədri Fuad Nağıyev bu ərazilərin turizm potensialının istifadəsi üçün Agentlik tərəfindən Şuşa şəhərinin turizm inkişaf strategiyasının və Daşaltı turizm inkişaf konsepsiyasının hazırlandığını diqqətə çatdırıb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Şuşanın tarixi, Vətən müharibəsindən sonra aparılan yenidənqurma və bərpa işləri haqqında nümayəndələrə buradakı İslam irsinə məxsus tarixi və mədəni abidələr haqqında ətraflı informasiya verib.
İƏT-in Turizm Nazirlərinin Bakıda keçirilən 11-ci Konfransı çərçivəsində üzv ölkələrin turizm nazirləri, nazir müavinləri, səfirlər və turizm üzrə səlahiyyətli şəxsləri bu gün Füzuli Beynəlxalq Hava Limanında da olublar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.