fbpx

I və II Qarabağ müharibələrində Azərbaycanın 11 KİV işçisi HƏLAK OLUB

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

I və II Qarabağ müharibələri nəticəsində Azərbaycanda media sahəsinə da ciddi zərər dəyib.

Metbuat.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli deyib.

“1990-cı illərdən başlayaraq 2021-ci ilə qədər olan müddətdə Azərbaycan KİV işçiləri cəbhə bölgəsində fəaliyyət göstərərkən həyatlarını itirib, fiziki xəsarətlər alıblar, sağlamlığına ciddi zərər dəyib. Həmçinin, Qarabağ bölgəsində mövcud olmuş azərbaycandilli KİV redaksiyaları fəaliyyətlərini dayandırmaq, yaxud, köç edib fərqli məkanlarda məskunlaşmaq məcburiyyətində qalıb. Təəssüf ki, bütün bu məlumatlar ötən 30 il müddətində dağınıq olub, konkret statistik məlumat bazası hazılanmayıb, beynəlxalq təşkilatların diqqətinə çatdırılmayıb. Bu dövrdə daha çox şəhid jurnalistlərimizin məsələsi qabardılıb. Amma xəsarət alan jurnalistlər və müharibə nəticəsində fəaliyyəti dayandırılmış KİV qurumları barədə məlumarlar sistemləşdirilməyib”.

Rüya tabirlerini burdan oku

M.Ələsgərlinin sözlərinə görə, əldə olunan məlumatlar belədir ki, I və II Qarabağ müharibələri dövründə Azərbaycanın 11 nəfər KİV işçisi cəbhə bölgəsində həyatını itirib.

“Onlardan 8 nəfəri jurnalist, 3 nəfəri KİV-də çalışan texniki işçi olub. 9 nəfər KİV işçisi fiziki xəsarətlər alıb, sağlamlığına ciddi zərər dəyib. Həmçinin, Qarabağ bölgəsində mövcud olmuş 10 KİV redaksiyası fəaliyyətini dayandırmaq, yaxud, köç edib fərqli məkanlarda məskunlaşmaq məcburiyyətində qalıb. Bu redaksiyalarda çalışmış 125 nəfər KİV işçisi də öz iş yerini itirib, köçkün düşüb. Biz bütün bu məlumatları toplayıb sistemləşdirdik. Yaxın günlərdə bütün bu məlumatların əks olunduğu saytın təqdimatı da olacaq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu