İçərişəhərdə “Bayram Qalası” keçiriləcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanın tarixi ənənələrini və mədəniyyətini özündə əks etdirən, yerli sakinlərin və ziyarətçilərin asudə vaxtının bayram günlərində maraqlı və səmərəli keçməsi məqsədilə “Bayram Qalası” günləri baş tutacaq.
Metbuat.az xəbər verir ki, tədbirlərə ilk olaraq 19.03.2023-cü il tarixində saat 13:00-da #QoşaQala meydanında quraşdırılacaq səhnədə konsert proqramı ilə start veriləcək. “Bayram Qalası” günləri 26 mart tarixinə qədər saat 12:00-dan 22:00-dək davam edəcək.
Həmin günlər ərzində qurama, rəssamlıq, nano art, keramika kimi sənətkarlıq nümunələri üzrə əl işləri nümayiş etdiriləcək, ustad dərsləri keçiriləcək və həmin məhsullardan ibarət yarmarkalar təşkil olunacaq. Tədbirlərdə, həmçinin, milli mətbəx nümunələri hazırlanacaq və milli kinomuzun incilərindən səhnəciklər nümayiş olunacaq.
Bayram günlərinin proqramı aşağıdakı sosial şəbəkə hesablarından (instaqram: icherisheher_living_history, facebook: İÇƏRİ ŞƏHƏR-LİVİNG HISTORY) tanış ola bilərsiniz.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İçərişəhərdə #Bayram #Qalası #keçiriləcək