fbpx

İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində həbs qətimkan tədbiri seçildi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində həbs qətimkan tədbiri seçilib.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri davam Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Rüya tabirlerini burdan oku

İstintaq zamanı Əli Həsənovun Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazələrin, müxtəlif məzmunlu arayışların verilməsi və ümumi himayədarlıq müqabilində çoxsaylı vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Əli Həsənova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İcra #Hakimiyyətinin #vəzifəli #şəxsi #barəsində #həbs #qətimkan #tədbiri #seçildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu