İctimai iaşə dövriyyəsi bu qədər artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6 % artaraq 801,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, dövriyyənin 7,98 milyon manatı dövlət, 793,8 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.
Özəl sektorda isə dövriyyənin 51,1 %-i hüquqi şəxslərin, 48,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 6,9 % artaraq 406 milyon manat olub.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |