fbpx

İdmançılar Füzulidən Şuşaya velosipedlə gedəcəklər

BEY.AZ informasiya agentliyi xəbər verir

Xalqımızın 30 il ərzində əsas arzusu torpaqlarımızın işğaldan azad olunması idi.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının Prezidenti Mədət Quliyev bildirib:

“Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərimizdə müxtəlif sahələrdə infrasturukturlar yaradılaraq, böyük qayıdışla bağlı proseslər davam etdirilir. Bütün bunlarla yanaşı, həmçinin, möhtəşəm Zəfər yolu çəkilib. Velosiped idman növü, bildiyiniz kimi, qapalı şəraitdə deyil, məhz açıq şəraitdə həyata keçirilir.

Sabah da biz güclü idmançılarımızla Zəfər yolunda “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin 2-ci hissəsini həyata keçirdəcəyik”, – qeyd edib.

Nazirin sözlərinə görə, sabah idmançılar Füzuli hava limanından Şuşayadək velosipedlə gedəcəklər.

“Hava limanından Şuşaya qədər olan məsafə 71 kilometr təşkil edir. Düşünürəm ki, peşəkar idmançılar üçün Zəfər yolunda velosipedlə yürüş etmək onlara böyük zövq bəxş edəcək. Bundan sonra çalışacağıq ki, belə turnirlər ənənəvi xarakter daşısın”, – deyə nazir bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin