fbpx

İdmançımızın çıxış sırası bəlli oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Yekaterina Ryabova buz üzərinə fevralın 15-də 24-cü sırada çıxacaq.

Metbuat.az xəbər verir ki, Ryabovanın sıra nömrəsi püşkatma nəticəsində müəyyənləşib. Siyahıda ümumilikdə 30 idmançı yer alıb. 19 yaşlı konkisürən qadınlar arasında qısa proqramla çıxışda ən yaxşı 24 iştirakçı arasına düşə bilsə, fevralın 17-də keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Həmin gün idmançılar sərbəst proqramla mübarizə aparacaqlar. Yarış “Capital Indoor Stadium”da keçiriləcək.

Ryabovanın əsas rəqiblərindən biri komanda yarışında Rusiya Olimpiya Komitəsinin təmsilçisi kimi qızıl medal qazanmış Kamilə Vəliyeva olacaq. O, püşkə əsasən, 26-cı sırada çıxış etməlidir. Lakin Vəliyevanın dopinq-testi müsbət çıxdığından, Beynəlxalq Olimpiya Komitəsi İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya verib. Şikayət üzrə dinləmələr bu gün Bakı vaxtı ilə saat 16:30-da başlanacaq. Qərar isə fevralın 14-də günün ikinci yarısında açıqlanacaq. Dopinqdən yararlandığı təsdiqlənəcəyi təqdirdə, Vəliyeva iştirakçılar siyahısından çıxarılacaq.

Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin