İjevskdəki məktəbə hücum edən şəxs ölü tapılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
İjevsk şəhərindəki 88 nömrəli məktəbə silahlı hücum edən şəxsin meyiti tapılıb.
Metbuat.az xəbər verir ki, Udmurt vilayətinin Daxili İşlər Nazirliyinin verdiyi xəbərə görə, o, intihar edib.
“Hazırda polis əməkdaşları atəş açmağa başlayan şəxsin meyitini tapıblar. Mövcud məlumata görə, o, intihar edib”, – mətbuat xidmətindən bildirilib.
Müstəntiqlər bildiriblər ki, həmin şəxs nasist simvolları olan qara köynək və maska geyinib. Cinayətkarın üzərində heç bir sənəd tapılmayıb, hazırda şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı cinayət işi açılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.