fbpx

İki boksçumuz dünya çempionatında mərhələ adlayıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın ikinci günündə Azərbaycan millisinin daha 3 idmançısı mübarizəyə qoşulub.

Azərbaycan Boks Federasiyasından Metbuat.az-a bildirilib ki, Mirşərif Kazımzadə (75 kq) 1/32 final çərçivəsində Edvin Ovuoru (Keniya) sınağa çəkib. Döyüş təmsilçimizin 4:1 (28:29, 30:27, 30:27, 29:28, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb. Kazımzadə 1/16 finalda ilk mərhələdən azad olan Salvatore Kavalyaro (İtaliya) ilə qarşılaşacaq. Görüş mayın 7-də olacaq.

Murad Allahverdiyev (80 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. Tacikistanlı Şabbos Neqmatullayevlə (Tacikistan) üz-üzə gələn boksçumuz 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesablı qələbə sayəsində 1/16 finala yüksəlib. O, ikinci döyüşünü mayın 5-də qazaxıstanlı Nurbek Oralbaya qarşı keçirəcək.

Rüya tabirlerini burdan oku

Onlardan fərqli, Malik Həsənov (63,5 kq) dünya çempionatında çıxışını başa vurub. 1/32 finalda Bilgə Kanlı (Türkiyə) ilə döyüşən boksçumuz hakimlərin əlavə xalına əsasən məğlub olub.

Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı mundialın üçüncü günündə Tayfur (60 kq) və Sərxan (71 kq) Əliyev qardaşları rinqə çıxacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İki #boksçumuz #dünya #çempionatında #mərhələ #adlayıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu