İki böyük klub arasında məşqçi mübadiləsi reallaşır
“Bavariya” mövsümün sonunda Tomas Tüxelin yerinə “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın namizədliyini nəzərdən keçirir.
BEY.AZ xəbər verir ki, bu barədə jurnalist Kristian Falk məlumat verib. Onun sözlərinə görə, “Mançester Yunayted” də Tüxellə maraqlanır, o da “Mançester Yunayted”də işləməyə razıdır. Almaniyalı mütəxəssisin “Real Madrid”lə Çempionlar Liqasının ikinci yarımfinal matçı keçirilməyənə qədər İngiltərə klubu ilə danışıqlar aparmaq istəmədiyi vurğulanır.
Xatırladaq ki, “Bavariya” əvvəllər yeni baş məşqçi postuna Avstriya millisinə rəhbərlik edən Ralf Ranqniki nəzərdən keçirsə də, o, bundan imtina edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.