İki nəfərin ölümündən sonra azarkeşlər stadiona qapadıldı
Brüsseldə Belçika ilə İsveç matçı öncəsi törədilən terror aktında iki isveçlinin güllələnməsindən sonra azarkeşlər stadiona qapadılıb və matç ləğv edilib.
BEY.AZ xəbər verir ki, hücumun şəhər mərkəzindən bir neçə kilometr məsafədə baş verdiyi bildirilir. Yerli “Het Laatste” qəzetinin məlumatına görə, ölənlər İsveç forması geyinib matça gedən iki azarkeş olub. Silahlı şəxsi tutmaq üçün cəhdlər edilərkən, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini mühasirəyə alıb, lakin həbs olunan olmayıb. İnsident AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Brüsseldə Belçika ilə İsveç matçı öncəsi baş verib.
Brüssel meri Filip Kloz hadisə bağlı açıqlamasında bildirib ki, Brüsseldə baş verən atışmadan sonra polis daxili işlər naziri ilə birlikdə şəhərin və ətraf ərazilərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görüb.