İki vəkilin fəaliyyəti dayandırıldı
Azərbaycanda 2 vəkilin fəaliyyəti dayandırılıb, Vəkillər Kollegiyası Rəyasət Heyətinin (ARVK) üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilib.
BEY.AZ xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclasında məlumat verilib.
Bildirilib ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 4 vəkilə xəbərdarlıq olunub.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |