İKT sektorunda məhsul istehsalı 9 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə sektorunda 1 milyard 428,9 milyon manatlıq məhsul istehsal edilib.
BEY.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,1 % çoxdur.
Təkcə avqust ayında isə bu sektorda 190,3 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 9,4 % çoxdur.
İnformasiya və rabitə sahələrinin ÜDM-də payı 1,8 % təşkil edib.
Xatırladaq ki, bu ilin ilk 8 ayında Azərbaycanda 80 milyard 960,3 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ümumi daxili məhsul istehsal olunub.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |