İlham Əliyev İsveçrə Prezidentinə məktub ünvanladı
BEY.AZ informasiya agentliyi xəbər verir
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Alan Berseyə təbrik məktubu ünvanlayıb.
Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə İsveçrə arasında dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, İsveçrə Konfederasiyasına daim rifah və firavanlıq diləyirəm”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İlham #Əliyev #İsveçrə #Prezidentinə #məktub #ünvanladı