fbpx

“İlham Əliyev regionda yaranan yeni reallıqların müəllifidir”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Müasir Azərbaycan tarixində xüsusi rol oynayan hadisələrdən biri də Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin 2003-cü ildə ilk dəfə Prezident seçkilərində qələbə qazanmasıdır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

O, Ümummilli liderimiz Heydər Əliyevin onun haqqında “o, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir” sözlərinə diqqət çəkərək, zamanın Ulu Öndərin öz siyasi varisi haqqında dediklərini sübuta yetirdiyi vurğulayıb:

“Prezident İlham Əliyev yüksək intellekti ilə strategiya hazırladı, praqmatik düşüncəsi ilə fəaliyyət göstərdi, müasir tələblərə uyğun siyasi gedişlər etdi, iqtisadi inkişafı təmin etdi, yorulmadan çalışdı, təşəbüsləri ilə böyük nüfuz qazandı. Onun təşəbbüsləri ölkə daxilində və beynəlxalq səviyyədə müxtəlif sahələri əhatə edib”.

Heydər Əliyev məktəbinin parlaq simasi olan Prezident İlham Əliyevin onun ideologiyalarını yaşatdığını deyən Ş. İsmayılov qeyd edir:

“Ümummilli liderimizin də qeyd etdiyi kimi, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri həll etmişdir. 2003-cü ildən sonrakı Azərbaycanı nəzərdən keçirəndə ilk diqqət çəkən məqam qalib ölkəyə çevrilməyimizdir. Müstəqilliyin ilk illərində böyük itkilər verən, siyasi hərc-mərclik və qeyri-peşəkar idarəetmənin nəticəsində təhlükə altında olan müasir Azərbaycan cəmi 30 ilə yaxın müddət ərzində regionun lider dövlətinə çevrildi. Hadisələri analiz etdikdə Azərbaycan Prezidentinin qazandığı nüfuz, söz sahibliyi aydın şəkildə hiss olunur. Bu təsadüfdən baş verən hadisə deyil. Bunun əldə edilməsi üçün düzgün addımlar atılmış, böyük işlər görülmüşdür. Nəticə isə göz qabağındadır. Azərbaycan Prezidenti regionda yaranan yeni reallıqların müəllifidir və o, dünya ölkələri arasında söz sahibidir”, – deyə o, bildirib.

Prezident İlham Əliyevin prezidentlik müddətində həyata keçirdiyi işlər saymaqla bitmədiyini, bu gün müasir tarixini bilən və ya hadisələri izləyən istənilən bir Azərbaycan vətəndaşı bunları çox yaxşı bildiyini diqqətə çatdırır:

“Xalqımız sonrakı Prezident seçkiləri dövründə də Prezident İlham Əliyevə böyük etimad göstərmişdir. Özünün və dövlətinin gələcəyini düşünərək düzgün seçim edən Azərbaycan xalqı bundan sonra da onu dəstəkləyəcək, ətrafında yumruq kimi birləşəcək”, – Şahin İsmayılov qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin