fbpx

İlham Əliyev: “Türkiyə-Azərbaycan – iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Türkiyə-Azərbaycan – iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir“.

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib.

“Siz Ermənistanda keçirilmiş Avropa çempionatında şanlı Türk Bayrağını göylərə qaldırmısınız, Milli Marşı səsləndirmisiniz. Bu münasibətlə sizi bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Eyni zamanda, bu qələbəni Azərbaycana həsr etmisiniz. Bu, bizi xüsusilə sevindirən bir haldır”, – deyə dövlət başçısı qeyd edib.

Bu qələbənin ölkələrimiz və xalqlarımız arasında qardaşlığın göstəricisi olduğunu vurğulayan dövlət başçısı bildirib: “Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan – iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir. Biz olmayan yerdə siz varsınız, siz olmayan yerdə biz varıq. Biz birik, biz müttəfiqik, biz qardaşıq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İlham #Əliyev #TürkiyəAzərbaycan #iki #qardaş #ölkə #bütün #məsələlərdə #bir #yerdədir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin