fbpx

İlham Əliyev Koreya Prezidentinə məktub göndərib

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola təbrik məktubu göndərib.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Koreya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan-Koreya dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. Dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir.

Koreya şirkətləri uzun illərdən bəri Azərbaycanda çox uğurla fəaliyyət göstərirlər. Ölkənizi təmsil edən şirkətlər işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərinə istehsal etdikləri qabaqcıl və müasir texnologiyalar vasitəsilə töhfə verə bilərlər. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə böyük potensiala malik olan münasibətlərimizi və səmərəli əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik.

Belə bir bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #İlham #Əliyev #Koreya #Prezidentinə #məktub #göndərib

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin