İlham Əliyev Qazaxıstan Prezidentinə təşəkkür etdi
Prezident İlham Əliyev Astanada görüşü zamanı Qazaxıstan lideri Kasım-Jomart Tokayevə Azərbaycanla Ermənistan arasında prosesə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
BEY.AZ-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, Azərbaycanla Qazaxıstan arasında müzakirə edilən və razılaşdırılan bütün istiqamətlər üzrə müsbət dinamika əldə olunur:
“Nəqliyyat infrastrukturu ilə bağlı məsələlər fəal şəkildə həyata keçirilir. Biz mahiyyət etibarilə Trans-Xəzər nəqliyyat marşrutu üzrə vahid komanda şəklində fəaliyyət göstəririk. Əlbəttə, bugünkü və sabahkı tədbirlər çərçivəsində bu mövzu daha geniş müzakirə ediləcək. Həmçinin bu, bir neçə gün sonra keçiriləcək və Sizi yenidən Qarabağda görməyimizə şad olacağımız Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə əsas mövzu olacaq”.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |