fbpx

İlin əvvəlindən hava limanlarında milyon yarımdan artıq insana xidmət göstərilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

İlin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında milyon yarımdan artıq insana xidmət göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, 2022-ci ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını 1,53 milyon nəfər olub. Bu göstərici ötən ilin analoji göstəricisindən iki dəfə çoxdur.

2022-ci ilin may ayında Bakı hava limanında 396 min nəfərə xidmət göstərilmişdir, onlardan 315 min nəfəri paytaxt hava limanından uçan və ya bura gələn sərnişinlərdir.

Rüya tabirlerini burdan oku

Bakı hava limanının baza aviadaşıyıcıları – “AZAL” və “Buta Airways” ilə ilin əvvəlindən müvafiq olaraq 455 və 154 min sərnişin daşınıb. Onlardan 341,5 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir ki, bu da beynəlxalq daşımaların ümumi həcminin 36%-ni təşkil edir.

2022-ci ilin may ayında Bakı hava limanına 24 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Həmçinin bu ay Varşavadan Bakıya LOT aviaşirkətinin birbaşa reysləri açılıb.

May ayında Bakıdan 10 ən populyar beynəlxalq istiqamətə İstanbul, Dubay, Moskva, Tbilisi, Abu-Dabi, Şərcə, Minsk, Ankara, İzmir və Küveyt şəhərləri daxil olub.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır. 2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyi tərəfindən hava limanları arasında COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə 5 ulduzlu reytinqə layiq görülüb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu